Əslən Naxçıvandan olan sabiqlər hakimiyyətə qarşı birləşir
Ilham Əliyevə qarşı yeni cəbhə açılır. Məlumatlara görə, bu, vaxtilə hakimiyyətdə təmsil olunmuş Naxçıvan əsilli şəxslərin birləşdiyi cəbhədir. Bu sırada daha çox sabiq spiker Rəsul Quliyev, sabiq deputatlar Rza Ibadov və Hüseyn Abdullayevin adları hallanır. Məlumatlarda deyilir ki, onların sırasına yeni simaların da qatılacağı gözlənilir.
Oxucuların diqqətinə çatdıraq ki, vaxtilə hakimiyyətdə təmsil olunan bu şəxslər iqtidar mətbəxinə yaxşı bələddirlər və indi də iç məlumatları əldə etmək imkanına malikdirlər. Məlumatlarda deyilir ki, onlar artıq iqtidarın aqoniya içində olduğunu bilirlər. Bu baxımdan da aktiv fəaliyyətə keçiblər. Rza Ibadovun, ardınca Hüseyn Abdullayevin mətbuata sensasion açıqlamalar verməsi də bununla izah edilir. Xatırladaq ki, Rza Ibadov açıqlamalarında hakimiyyətlə hədə toununda danışmışdı. “Hakimiyyətdə təmsil olunanlar barədə elə şeylər deyərəm ki, bomba partalayar” deyən sabiq deputat iqtidara barmaq silkələmişdi. Hüseyn Abdullayev isə ad çəkmədən bəzi məmurları yaramaz və yaltaq adlandırmışdı. O, Almaniya prezidenti Kristian Vulfun istefasını nümunə gətirməklə dolayı yolla Ilham Əliyevi istefaya çağırmışdı.
Rəsul Quliyevə gəlincə, onun həqiqətən də bu cəbhədə yer aldığını söyləmək çətindir. Lakin ACP lideri də son vaxtlar xeyli fəallaşıb. Onun Avropa ölkələrinə səfərləri, hakimiyyətə qarşı sərt mesajları bu fəallığa nümunə sayıla bilər.
Informasiya şöbəsi