80 milyon subsidiya verilib, amma buğda idxalımız rekord həddədir

taxilAzərbaycan hökuməti ötən il buğda və çəltik istehsalına görə 80 mln. manat subsidiya verib. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

 

Xəbər verdiyimiz kimi, 2016-cı ildə buğda idxalı il ərzində 18,2% artaraq rekord həddə – 1,6 mln. tona çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Buğda alınması üçün ixracatçılara 296,8 mln.dollar ödənilib. Bu, əvvəlki ildəkindən 0,6% çoxdur. Bir ton buğda 184,4 dollara alınıb. Bu, 2015-ci ildəkindən  34,9 dollar və ya 16% ucuzdur.

 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda buğda istehsalı 1 mln. 844 min ton olub. Bu, 2015-ci ildəkindən 10% çoxdur. Müstəqil ekspertlərin fikrincə,  taxıl istehsalının həcmi süni şəkildə şişirdilir. Onların fikrincə, çörəkbişirmədə yerli buğdanın payı cüzidir.