Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək

muellim imtahaniNazirlər Kabineti  “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edib.

Dəyişikliyə əsasən orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi və dövlət qulluğu üzrə test imtahanlarında iştirak qiymətləri (tarifləri) Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.
Bununla əlaqədar müvafiq olaraq ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərdən sənədlərin götürülməsi “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.