Tramp: “Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir”

tramap-meyBritaniyanın baş naziri Tereza Mey Britaniyanın Avropa İttifaqını tərk etməyə hazırlaşdığı və Trampın hakimiyyətə başladığı bir vaxt ölkəsinin ABŞ-la xüsusi münasibətlərinə çağırıb.

Mey dünən Filadelfiyada görüşlər keçirdikdən sonra bu gün Ağ Evdə ilk xarici lider kimi prezident Trampla görüş keçirib. Görüşdən sonra birgə mətbuat konfransı təşkil edilib.

Britaniyanın baş naziri Konqresin respublikaçı üzvləri ilə qeyri-rəsmi görüş zamanı müasir dünyanın təməlini qoyan əlaqələrin tarixinə nəzər salıb. Tədbirə prezident Donald Tramp və vitse-prezident Mayk Pens də qatılıb.

Prezident əvvəlki seçkilərdə respublikaçıların məğlub olduğu Pennsilvaniya ştatındakı qələbəsini yüksək qiymətləndirib. “Biz seçki sisteminin bütövlüyü və Amerika vətəndaşlarının səslərini müdafiə edəcəyik. Bu, olduqca mühümdür,” deyə Donald Tramp bildirib.

“Dövlətlərimizi yeniləşdirdiyimiz bir vaxt biz imkanlar və hətta məsuliyyətlə yeni era üçün əlaqələrimizi xüsisi bir fazaya daxil edirik,” deyə Mey bildirib.

Hər iki lider əsasən ticarət olmaqla, xarici əlaqələrdə islahatlar aparır.

Britaniya Avropa İttifaqını tərk etdikdən sonra yeni ticarət razılılarını müzakirə etməlidir. Meyin planlarına mühacirətə nəzarət də daxildir. Baş nazir bu sahədə nə ediləcəyinə dair planlarını hələ ki, açıqlamayıb.

Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir.

Bunu ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

 

“Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir. Biz bütün ölkələrlə yaxşı münasibət qurmaq niyyətindəyik, o cümlədən Rusiya ilə”, deyə D.Tramp bildirib.

 

Tereza Mey, öz növbəsində, qeyd edib ki, Ukrayna üzrə Minsk razılaşmaları yerinə yetirilməyənədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.