“El Pais” qəzeti yazır ki, İsrail və İran üçün geri sayım başlayıb. Əgər iyunun ortalarında Moskvada keçiriləcək danışıqlarda nəticə alınmayacaqsa, 1 iyulda İran iqtisadiyyatını boğacaq sanksiyalar qüvvəyə minəcək. İsrail İrana zərbə endirməyə qərar verəcəksə, bunu yay aylarında etməlidir. Bu zaman ABŞ siyasi dairələrinin başı seçki kampaniyasına qarışmış olacaq. İsrail birinci zərbə endirəcəyi təqdirdə, bunun qlobal nəticələri olacaq.
Avropa heç zaman olmadığı kimi İranı bataqlıqdan çıxarmaq qərarındadır. İranla danışıqlar üçün A3+3 (Fransa, İngiltərə, Almaniya + Rusiya, Çin, ABŞ) formatını yaratması buna sübutdur. Artıq Avropa təkcə İrandan yox, Rusiya və ABŞ-dan da danışıqlarda şəffaflıq, etibarlılıq tələb edir.
azadliq.info


