“Azərreyl” qalib gəldi, “Telekom” uduzdu

voleybolQadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Azərreyl” Fransada “Sen-Rafael”in qonağı olub.

Təmsilçimiz matçdan 3:1 hesabı ilə qalib ayrılıb. İlk iki seti rahat qazanan “dəmiryolçular” üçüncü setdə məğlub olsa da, həlledici hissədə qalib gələrək yekunda qələbəni rəsmiləşdiriblər.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Azərbaycanın digər klubu “Telekom” I dövrənin son matçına çıxıb. A qrupunda yer alan Super Liqanın gümüş medalçısı “Modena”nın qonağı olub. İtaliyada baş tutan matç komandamızın məğlubiyyəti ilə yekunlaşıb – 0:3. İlk 2 turda 1 xal belə qazana bilməyən Zoran Qayiçin yetirmələrinin qrupun liderinə qarşı müqavimət göstərməyə çalışsa da, set qazana bilməyib. Təmsilçimiz sonuncu pillədə yer alıb.

Çempionlar Liqası
IV tur
C qrupu
“Sen-Rafael” (Fransa) – “Azərreyl” (Azərbaycan) – 1:3 (16:25, 21:25, 25:18, 20:25)

A qrupu
“Modena” (İtaliya) – “Telekom” (Azərbaycan) – 3:0 (25:20, 25:16, 26:24)