“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhətində problemlər qalmaqdadır. Bu barədə onun xanımı Lalə Əmirli feysbuk səhifəsində məlumta paylaşıb. L.Əmirli həyat yoldaşı ilə yanvarın 25-də görüşüb. Bəlli olub ki, F.Əmirlidən təcridxananın həkimləri qan analizi götürüblər, lakin mədəsinin ağrısına görə hansısa tədbir görməyiblər. Qan analizinin nəticələrini gözləmək lazım gəlir.
L.Əmirli yazır ki, həyat yoldaşı ilə Qırmızı Xaç təşkilatının nümayəndələri də görüşüb.