“Bəxtiyar Hacıyevin azad edilməsi müsbətdir, amma…”

ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic Azərbaycanda sosial media fəalı Bəxtiyar Hacıyevin azad edilməsini alqışlayıb. İyunun 4-də yaydığı bəyanatda Mijatovic ümid etdiyini deyir ki, Azərbaycanda həbsdə olan başqa jurnalistlər də tezliklə azad ediləcəklər:

– Bəxtiyar Hacıyevin azad edilməsi qərarı müsbət addımdır. Amma hakimiyyət yaxın gələcəkdə həbsdə olan digər jurnalistləri də azad etməklə ölkədə ifadə azadlığını gücləndirə bilər.