Bağdadda baş verən partlayış zamanı 15 nəfər həlak olub, 65 adam yaralanıb. Terrorçu-kamikadze tərəfindən avtomibilə qoyulmuş partlayıcı Səhiyyə Nazirliyinin və yerli şiə icmasının qərargahı qaşısında partladılıb.
Amerika qoşunları İraqı tərk etdikdən sonra şiə və sünni icmaları arasında siyasi böhran dərinləşib. Konflikt həm yüksək dövlət vəzifələri uğrunda, həm də icmalar arasında davam edir.
azadliq.info


