Misir Mərdanov vəzifədən gedir?

“Qafqazinfo”nun məlumatına görə, ali təhsil ocaqlarına Misir Mərdanovun imzası ilə aparılan “köçürmə” əməliyyatlarının siyahısını hazırlamaq və bu köçürmələrdəki qanunsuzluqları üzə çıxarmaqla bağlı tapşırıq verilib. Artıq bir çox ali məktəb rəhbərləri öz kollektivləri ilə qapalı toplantı keçiriblər və M.Mərdanovun sərəncamı ilə aparılan köçürmələrin konkret siyahısı da tərtib edilib.

Həmin qapalı toplantıda iştirak edən şəxslərdən aldığımız məlumata görə, hətta Misir Mərdanovun əleyhinə ifadə verəcək şəxslər də müəyyənləşib.

Məlumatlara görə təhsil nazirinin taleyinə Milli Qurtuluş Gününə qədər aydınlıq gətiriləcək. Vəzifəsindən azad olunması məsələsi dəqiq olsa da, həbs olunma versiyaları da istisna edilmir.

Qafqazinfo.az