ulduz fali

Günün ulduz falı (03.06.12)

QOÇ
İşgüzar tapşırığı yerinə yetirməkdə çətinliyiniz olacaq. Sizə kömək vəd edənlər isə sözlərinin ağası olmayacaqlar. Bürcün bir çox nümayəndələri onlara qarşı diqqətsiz münasibətdən şikayətçidir. Sevən “Qoç”lar isə münasibətlərində romantikanın azlığından kədərlənəcəklər.

BUĞA
Bu gün reputasiyanızı qorumaq vacib şərtlərdəndir. Qeybətə baş qoşmayın. Xoşagəlməz sürpriz sizə əziz olan adamdan gələcək. Bu da münasibətlərin davam etdirilib-etdirilməməsilə bağlı düşünməyə vadar edəcək.

ƏKİZLƏR
“Əkizlər” bu gün sakitliklərini çətin ki, saxlaya bilsinlər. Hiyləyə əl atmalı olacaqsınız. Planlaşdırmadığınız məsrəflər də istisna edilmir. Nikbinliyinizi, özünüzə inamı yaxınlarınızın dəstəyilə bərpa edəcəksiniz.

XƏRÇƏNG
Yaxşı olardı ki, bu gün ev işlərilə məşğul olasınız. Yaxınlarınızdan kimlərsə xətrinizə dəyə bilər, ancaq cavab verməyə tələsməyin. Romantik və dostluq görüşləri baxımından əlverişli gündür. Gözlənilməz sevgi etirafı sizi çaşdıracaq.

ŞİR
Əgər tez hərəkətə keçsəniz, nəticə əldə edə bilərsiniz. Hər itirilmiş dəqiqəniz sizi uğur şansından uzaqlaşdırır. Ailədə fikir ayrılığı olacaq, xüsusilə də yaşlı qohumlarla münasibət qura bilməyəcəksiniz. Günün ikinci yarısına maraqlı tanışlıq gözlənilir.

QIZ
Hövbəti həftə böyük təsirə malik adamlarla, hökumət orqanlarının nümayəndələrilə aranızda qarşıdurma gözlənilir. Günün şəxsi müstəvidə xoş keçəcəyi gözlənilir. Sizin üçün əziz olanlarla yaxşı münasibət saxlayacaqsınız.

TƏRƏZİ
Gərgin iş rejimi sizi yorub, bu gün istirahətə daha çox vaxt sərf edin. Şəxsi müstəvidə vəziyyət stabil olacaq, ciddi dəyişiklik az ehtimal olunur. Gün yeni tanışlıq üçün münasib deyil.
 
ƏQRƏB
Sizi xoşagəlməz görüşlər gözləyir. Bir müddət əvvəl müttəfiq hesab etdiyiniz adamlarla dil tapmaqda çətinlik çəkəcəksiniz. Şəxsi müstəvidə baş verən olaylar da sevindirici olmayacaq.
 
OXATAN
Standart olmayan məsələlərin həlli baxımından münasib gündür. Ehtimal ki, yaxın qohumlarlarla aranızdakı çoxdankı konflikti aydınlaşdıracaqsınız. Siz həyəcan və narahatlıqlarınızı paylaşmağa hazırsınız. Bu da münaqişələrin başlanmasına zəmin yaratmayacaq.

OĞLAQ
İstər işgüzar, istərsə də macəra səyahətinə çıxa bilərsiniz. Lakin şəxsi müstəvidə vəziyyət sevindirici olmayacaq. Çünki qayğı və narahatverici məsələləri paylaşmaqda çətinlik çəkəcəksiniz.

DOLÇA
Kifayət qədər darıxdırıcı gün olacaq. Əgər cansıxıcı işlərin öhdəsindən gələ bilsəniz, mükafatını çox gözləməyəcəksiniz. İdeyalarınızı investisiya baxımından dəstəkləyən adam tapılacaq. Ailədə problemləriniz gözlənilir. Onları sizin iştirakınız olmadan həll etmək mümkün olmayacaq.
 
BALIQLAR
Gün xoş xəbərlərlə sizi sevindirəcək. Bu xəbər maliyyə və ya əmlakla bağlı olacaq. Pul xərcləyərkən ehtiyatlı olun. Bu gün yaxşı olardı ki, pulunuzu xərcləməkdənsə, yığasınız. Uzaq qohumunuzla bağlı sevindirici xəbər alacaqsınız.