ABŞ prezidentliyinə namizəd respublikaçıların üzvü Mit Romninin 250 milyon dollar sərvəti var. Bu rəqəm yeni maliyyə hesabatında göstərilib. Dah əvvəl Romninin seçki qərargahı onun varidatının 190-250 milyon dollar çərçivəsində olduğunu açıqlamışdı. Seçki qərargahının rəhbəri Andrea Sol açılayıb ki, Romninin pullarına nəzarət edən fond onun və arvadı Annanın adına qeydiyyatdan keçib. Hesabatda həmçinin deyilir ki, 2011-ci ildə apardığı maliyyə əməliyyatları ilə o, on milyonlarla dollar pul qazanıb.
Respublikaçıların vahid namizədi kimi statusunu dəqiqləşdirən Mit Romni noyabr ayında Barak Obama ilə mübarizə aparacaq.
azadliq.info


