İstanbul gecə klubuna hücum edən şəxs tutulub FOTO VİDEO

istanbul-terrorTürkiyənin Anadolu agentliyinin verdiyi xəbərə görə İstanbulda Yeni il gecəsi Reina gecə klubuna qanlı basqın etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Bu basqın zamanı 39 nəfər qətlə yetirilib.

https://www.youtube.com/watch?v=g2jY_HLy2YE

Abdülqadir Masharipov kimi təqdim edilən şübhəlinin İstanbul Əmniyyət İdarəsi tərəfindən Esenyurtdakı bir ünvanda həbs olunduğu bildirlir.

Həmin ünvana keçirilən reyddə habelə bir qırğız əsilli kişi və üç qadın, toplam 5 nəfərin həbs edildiyi xəbər verilir.

Gecə klubuna hücumla bağlı antiterror əməliyyatının davam etdirildiyi bildirilir.