AŞPA məruzəçisi Seymur Həzi ilə görüşüb

seymurhezi-yeniAŞPA-nın ölkəmizdə səfərdə olan Azərbaycan üzrə məruzəçisi Stefan Şennax və qurumun katibliyinin nümayəndələri yanvarın 14-də 17 saylı cəzaçəkmə müəssisəsində vicdan məhbusu, AXCP sədrinin müavini, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı Seymur Həzi ilə görüşüblər.

Bu barədə onun özü ailə üzvlərilə danışarkən məlumat verib. Bildirib ki, AŞPA rəsmiləri onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıblar. S.Həzi görüş barədə bundan artıq məlumat verməyib.