merkezibank

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

merkezibank30.12.2016-cı il tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 3 milyard 974.4 milyon dollar təşkil edib. (Qeyd edək ki, ilk öncə Mərkəzi Bank ehtiyatların 4 milyard 5,5 milyon dollara düşdüyünü açıqlamışdı. Sonra rəqəmə düzəliş edildi)

 

“Marja” xəbər verir ki, Mərkəzi Bank Noyabr ayının sonunda 4 milyard 11 milyon dollar ehtiyata malik idi. Beləliklə, Dekabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 36,6 milyon dollar azalıb.

 

Mərkəzi Bankın Yanvar ayında keçirilmiş hərracda valyuta müdaxiləsi etdiyi bildirilir. Əgər bu baş vermişdirsə, Yanvar ayının sonuna ehtiyatlar  bir qədər də azala bilər.

 

Valyuta ehtiyatları

 

Tarix mln. ABŞ
dolları
30.12.2016 3974.4
30.11.2016 4011.0
31.10.2016 4005,5
30.09.2016 4132,7
31.08.2016 4192.5
29.07.2016 4162,9
30.06.2016 4283,9
31.05.2016 4284,3
29.04.2016 4120,6
31.03.2016 4065.8
29.02.2016 4026.3
29.01.2016 4398,5
30.12.2015 5016,7
30.11.2015 6245.6
30.10.2015 6834.6
30.09.2015 7014.7
31.08.2015 7315.4
31.07.2015 8501.5
30.06.2015 8520.2
29.05.2015 8430.8
30.04.2015 8387.9
31.03.2015 9472.1
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6