Bu gün Yapı Kredi Bank Azərbaycan 1 dolları 1.8939 manatdan satır.
“Marja” Bankın saytına istinadən xəbər verir ki, bu Bank 1 dollara minimum 1.6795 manat alış, maksimum 1.8939 manat satış qiyməti təyin edib. Dünən YApı Kredi Bank Azərbaycan 1 dolları 1.6678 manata alırdı.
Dünən 1 dolları 1.85 manata satan Unibank bu gün 1 dolları 1.87 manata satır. Unibank alışı 1.7742 manatdan 1.79 manata qaldırıb.
ZiraatBank Azərbaycan Dolların alış qiymətinin 1.79 manatdan 1.80 manata qaldırıb.
Dünən 1 dolları 1.7742 manata alan Kapital Bank bu gün 1.7867 manatdan alır. Bank dolları 1.8720 manatdan satır.
AcessBank Dolların satış qiymətinin 1.8710 manatdan 1.8840 manata qaldırıb.
Dünən 1 dolları 1.7867 manatdan alan TuranBank bu gün 1 dolları 1.77 manatdan alır.