QOÇ
Alış-veriş üçün əlverişli gündür. Gün yeni yaradıcı işin təməlinin qoyulması baxımından da münasibdir. Yaxşı olar ki, bu gün əməl edə bilməyəcəyiniz vədlər verməyəsiniz. Çünki onu reallaşdırmaq çətin olacaq.
BUĞA
Gün gözlənilməz, təəccüb doğuran səhərlə açılacaq. Romantik münasibətin təməlinin qoyulması baxımından əlverişli zamandır. Bu gün nikaha girməyi planlaşdıranlar peşman olmayacaqlar.
ƏKİZLƏR
Bu gün ünvanınıza kifayət qədər tənqid eşidəcəksiniz. Ehtimal ki, müdiriyyətlə aranızda konflikt yaşanacaq. Evdə də çoxsaylı mübahisələriniz olacaq. Yeni işə başlamaqdan çəkinməyin.
XƏRÇƏNG
Əhatənizdə olanlarla dil tapacaqsınız və hisslərinizin sizi idarə etməsinə imkan verməyəcəksiniz. Planlaşdırmadığınız alış-verişdən uzaq olun. Rəğbətiniz olan adam barədə yeni məlumat toplayacaqsınız.
ŞİR
Bu gün professionallıq tələb edən işlə məşğul ola bilərsiniz. Sizin azad fəaliyyətə ehtiyacınız var. Sizdən böyük olan qohumlarla aranızda problemlər yaşanacaq. Fikir ayrılığının elə də ciddi olmayacağı bildirilir.
QIZ
Çətin işlərin icrası vaxtınızı alacaq. Sizi qıcıqlandıran isə ətrafdakıların boş-bekar gəzməsi və bunu gizlətməməsi olacaq. Yadda saxlayın ki, ədalət gec-tez öz yerini tutur. Bir vaxt gələcək, siz rəqiblərinizi geridə qoymaqdan qürur duyacaqsınız.
TƏRƏZİ
Uğurlu gündür. Günün sonunda həm özünüzdən, həm də yaranmış şəraitdən razı qalacaqsınız. İstənilən alış-verişi günorta vaxtı etmək məsləhətdir. Hər hansı sənəd imzalanmasını və ya xarici görkəminizlə bağlı eksperiment aparmağı da bu vaxta planlaşdırın.
ƏQRƏB
Gün gözlədiyinizdən də asan və xoş keçəcək. Cəsarət tələb edən layihəni reallaşdırmaq üçün bu gün riskə getmək olar. Çünki nəticə əla olacaq. Günün başlıca tələbi budur: sizi sevənləri incitməyin. Necə deyərlər, bu gün dilinizi dinc saxlasanız, faydasını görərsiniz.
OXATAN
İş və ya şərait dəyişikliyi üçün əlverişli gündür. Siz həyatınıza yenilik qatmaq arzusundasınız. Bu istəyiniz sizi düşünülməmiş addım atmağa vadar edir. Bu gün qiymətli kağız almaq, şəxsi və ya özgə biznesinə pul yatırmaq üçün münasib gün deyil.
OĞLAQ
Gün gözləmədiyiniz dəyişikliklə, qəfil yaranmış çətinliklə bağlı olacaq. Sevgililər arasında ciddi fikir ayrılığı baş qaldıracaq. Bu günə romantik və ya işgüzar görüş təyin etməyin. Bu gün yalnız yaxşı tanıdığınız adamlarla ünsiyyətdə olun.
DOLÇA
Xoş gündür. Gün nə fikirləşməyinizdən və nə etməyinizdən asılı olmayaraq, yaxşılığa doğru inkişafla bağlıdır. Hədiyyə alacağınız, xoş təsadüflə qarşılaşacağınız da ehtimal olunur. Çoxdan götür-qoy etdiyiniz planı reallaşdırmaq şansınız da olacaq.
BALIQLAR
Əvvəllər yalnız xəyal etdiyinizə qovuşacaqsınız. Bu gün yola çıxmaq olar, yaxud da mənzil almaq və ya dəyişmək də mümkündür. Xüsusilə də ticarətlə məşğul olanlar üçün çox uğurlu gündür.