Neft Fondu Mərkəzi Banka 4,2 milyard dollar verəcək

dollar-hesablar-donduXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Fərman imzalayıb.

Fərman ilə  Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri də təsdiqlənib.

Məlum olur ki, 2017-ci ildə Neft Fondu “Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə”  Mərkəzi Banka 7,5 milyard manat (təxminən 4,2 milyard dollar)  transfert etməsi nəzərdə tutulur. Bundan başqa, Fondun dövlət büdcəsinə 6,1 milyard manat (təxminən 3,5 milyard dollar) köçürməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon  589,8 min manat, xərcləri isə 14 milyard  483 min 856,0 min manat məbləğində təsdiq edilib.

Sıra

№-si

Xərc istiqamətləri Xərclərin məbləği

(min manat)

3.1. Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 90 000,0
3.2. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 6 100 000,0
3.3. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi 7 500 000,0
3.4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 70 000,0
3.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 165 825,0
3.6. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı”nın maliyyələşdirilməsi 29 304,0
3.7. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi 496 155,0
3.8. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 32 572,0
  Cəmi 14 483 856,0

Qeyd edək ki, Neft Fondunun 2016-cı il büdcəsinin xərcləri  cəmi 8 milyard  181  milyon 399,7 manat təsdiq edilmişdi. Ötən il Fondun xərclərində  “Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert” nəzərdə tutulmamışdı.