Belarusiya preziddenti Aleksandr Lukaşenko Türkmənistanın keçmiş prezidenti Səfərmurad Niyazovun təyyarəsində uçacaq. Təyyarənin alınması ilə bağlı müqavilə Türkmənistanın indiki prezidenti Qurbanqulu Berdiməhəmmədovla bağlanıb. Belə ki, Qurbanqulu ölmüş prezidentin təyyarəsində uçmağı pis əlamət sayaraq, ondan imtina edib. Məlumatı “Spiegel Online” yayıb.
Boeing-767-300ER markalı təyyarənin salonu dəri örtüklü ağ geniş oturacaqlarla döşənib, duş kabinləri qızıl və qiymətli daşlarla bəzənib. Laynerin bazar qiyməti 124-160 milyon dollar arasındadır. Peyk telefonu və raket əleyhinə müdafiə sisteminin olduğunu nəzərə alsaq, bu onun qiymətini artırır.

Belarus hava şirkəti “Belavia” Türkmənistandan heç bir təyyarə almadıqlarını bildirib. Əgər belə alqı-satqı olubsa da, dövlət şirkəti “Belavia”nın bununla bir bağlantısı yoxdur.
azadliq.info


