Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində buraxılış günüdür. Təhsil naziri Misir Mərdanovun imzaladığı əmrə əsasən, ümumtəhsil məktəblərində “Song zəng” tədbirləri saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilməlidir. “Son zəng” tədbirində valideynlər, müharibə və əmək veteranları, elm, mədəniyyət, incəsənət xadimləri, tanınmış alim – pedaqoqlar da iştirak edə biləcəklər.
ANS PRESS-in Təhsil Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 97653 nəfər təşkil edib.


