QOÇ
Bu gün istirahət üçün uyğun gündür. Amma işinizdə dönüş yaratmasanız, yaxın günlərdə rəhbərliklə aranızda konflikt olacağı, işinizi itirəcəyiniz ehtimal olunur. Yaxınlarla münasibətlərdəki soyuqluq isə yavaş-yavaş aradan qalxır, buna görə narahat olmağa dəyməz.
BUĞA
Bu gün sizin üçün uğurlu gündür. Düzdür, günün birinci yarısında xırda anlaşılmazlıqlar özünü biruzə verəcək. Günün ikinci yarısında isə gözləmədiyiniz məsrəflər, yaxud da qiymətli əşya itkisi ola bilər. Ailəvi gəzintiyə çıxmaq üçün uğurlu gündür.
ƏKIZLƏR
Düşünülməmiş addım atmayın. Bu günü ailə üzvlərinizin əhatəsində keçirməyiniz məsləhətdir. Qayğı və üzərinizə düşən məsuliyyəti paylaşmağa adam tapılacaq. Ağır fiziki işdən uzaq durun.
XƏRÇƏNG
Qarşınızda geniş imkanlar açılacaq. Şadlanmaq və həyatdan kam almaq üçün əla gündür. Gözlənilməz hədiyyə və ya xoş sürprizlər də istisna edilmir. Günün ikinci yarısında gəlirinizin olacağı ehtimal edilir.
ŞIR
Yaxın günlərdə həmkarlarınız və ya müdiriyyətlə aranızdakı münasibətlərdə dəyişiklik ola bilər. Yeni layihədən yapışmaq, uzun müddətli sövdələşmələrə imza atmaq heç yerinə düşməz. Bu gün xüsusilə də qadınlarla münasibətlərinizdə çətinliklər yaranacaq.
QIZ
Bugünkü görüşlər sizi sevindirəcək. Qiymətli hədiyyə alacağınız da ehtimal olunur. Bu gün aldığınız əşyalar sizə uzun müddət “qulluq edəcək”. Günün ikinci yarısında vacib xəbər eşidəcəksiniz. Əsas odur ki, axşam vaxtı ağzınızdan artıq kəlmə çıxarmayın.
TƏRƏZI
Sizin uğurlarınız gözü götürməyənləri qıcıqlandıracaq. Amma bunun üçün narahat olmağa dəyməz, çünki onlar sizə mane ola bilməyəcəklər. Böyük başlanğıclar, taleyinizdə qlobal dəyişiklik üçün ən əlverişli gündür.
ƏQRƏB
Gün ilk başlanğıcda ürəyiniz istədiyi şəkildə cərəyan etməyəcək, amma pozitiv tendensiyalar tezliklə qələbəni öz əlinə alacaq. Yeni tanışlarla yaxşı dil tapacaqsınız. Istənilən görüş və danışıqlar yaxşı keçəcək. Axşam saatları çoxdan yolunu gözlədiyiniz xəbəri gətirəcək.
OXATAN
Düşdüyünüz xoşagəlməz durumdan çıxmaq üçün təmkinli olmağınız tələb olunur. Yaxşı olar ki, bugünkü səhvlərinizi etiraf edəsiniz, əks halda, sizin ciddi problemləriniz ola bilər. Günün ikinci yarısı istənilən problemin müzakirəsi üçün əlverişlidir.
OĞLAQ
Verdiyiniz vədə ciddi və məsuliyyətli yanaşmağınız tələb olunur. Ciddi olmamaq sizə baha başa gələcək. Bütün səylərinizi sizdən böyük olan qohumlarla münasibəti düzəltməyə yönəldin. Münaqişənin baş verməməsi yalnız sizin özünüzdən asılıdır.
DOLÇA
Sevinmək üçün əsas çoxdur. Işdə də uğurlar gözlənilir. Şəxsi müstəvidəki vəziyyət də bundan geri qalmayacaq. Ulduzlar romantik münasibətlərdən savayı istənilən istəyinizi yerinə yetirməyə hazırdır. Səyahətə çıxmaq üçün əlverişli gündür.
BALIQLAR
Bu gün zəhmətinizin bəhrəsini görəcəksiniz. Hətta gözlədiyinizdən də artıq dəyər veriləcək sizlərə. Söhbət, birinci növbədə gərgin fəaliyyətinizə verilən maddi dəstəkdən gedir. Digər tərəfdən, ya karyeranızda yüksəliş olacaq, ya da maraqlı təkliflər alacaqsınız.

Günün ulduz falı (27.05.12)
•