Almaniyanın Maynts şəhərinin keçmiş meri, 2006 – cı ildə Azərbaycana səfərindən sonra, öz ölkəsinin mətbuatına qəribə bir müsahibə vermişdi. O deyirdi ki, mənim əyalət rayonlarından birinə səfərim zamanı, məktəbli uşaqların kənarında durub, mənə əl yelləməsini görəndə təəccübləndim, bunun “mənim kimi bir axmaq üçün edildiyini biləndə isə, dəhşətə gəldim. Bu uşaqlar məktəbdə dərslərini çalışmaq əvəzinə saatlarla soyuqd havada məni gözləməklərini heç anlamadım.” (Səhv etmirəmsə, bu olay, Yevlax şəhərinə səfər zamanı olmuşdu – X.Ə)
Əslində mer, ilk baxışda sadəlövh görünən açıqlaması ilə, Avropanı ittiham edirdi, insan haqqlarının hər addımda pozulduğu bir rejimə xoşgörü yapılmasına etirazını orijinal şəkildə ifadə etmişdi. Təkrar edirəm , bu hadisə təxmnən 6 il bundan əvvəl olmuşdu.
O illər, hakimiyyətin “yaxşı vaxtlar”ı idi, dəyib – dolaşanları da yox idi. Avropadan seçkiləri izləməyə gələnlərin dilindən – “bu seçkini, əvvəlkinə nisbətən daha demokratikdir”, “qüsurlar var, ümid edirik ki, gələn seçkilərdə bunları görməyəcəyik”, “ ölkədəki soz azadlığı və demokratiya kafi qiymətləndirilsin” kimi standard yanaşmalar mövcud idi.
Telekanallardan Mövlud Çavuşoğlu və onun “briqada”sına daxil olan , seçkilərdə Avropa və Türkiyəni təmsil edən millət vəkillərinin, – “Əfəndim, fövqalədə bir seçim, qürür düydüq, böyle demokrasidən Avropa belə örnək almalı(?!)” və.s bəyanatları, etiraf edək ki, demokratiya adına üzücü bir olay idi.
Heyrət etməmək mümkün deyildi, adama elə gəlirdi ki, qardaş ölkənin millət vəkilləri seçkini müşahidə etməyə yox , Bakıda açılan, hansısa dönər və lahmacun salonunun açılışına təşrif buyurublar..
Nəhayət, Qərb 19 illik susqunluğa son verdi. Hazırda dünyanın ən tirajlı nəşrlərinin manşetləri Azərbaycan həqiqətləridir. Nə vaxtsa bu baş verməli idi, nəhayət gec də olsa, Qərb mətbuatı informasiya blokadasını yarmağa müvəffəq oldu. Burada qeyri – adi heç nə yoxdur, 9 milyonluq bir xalqı 19 ildir əsarətdə saxlayan , Əliyevlər rejimi amansız tənqid atəşinə tutulur, demokratik Avropanın qulağının dibindəki, orta əsrlər istidbadına biganə qalmaq istəmir.
Əgər fikir verirsinizsə, tənqidlə bərabər, iqtidara demokratik çağırışlar da edilir. Yəni demək istəyir ki, şanslarınız daha tükənmədi, nə qədər gec deyil, demokratik islahatlara start verin. Azərbaycan cəmiyyətindən, xalqından fərqli olaraq , “ölkəni taladığınız , xalqı didərgin, bir qarın çörəyə möhtac etdiniz , çıxın gedin” demir. Bu da təbiidir, onlar, hakimiyyətin zəbt edildiyini israrla vurğulasa da, dinc dəyişikliklərin vacibliyini vurğulayır. Səbrlə, təmkinlə, yorulmadan təkid edirlər.
Iqtidar isə, özünü elə aparır ki, sanki Qərbin çağırışlarına əhəmiyyət vermir. Deyir ki, biz elə bir inkişafa nail olmuşuq ki, Avropa bizə həsəd aparır, paxıllıq edir.
Digər tərəfdən də, iqtidar kohnəlmiş üsullardan istifadə etməklə, yenidən Qərbi yenidən aldatmağa cəhd edir. Məhz bu səbəbdən Iranla münasibətləri gərginləşdirildi. Qonşu ölkənin ali dini rəhbəri təhqir edildi, qarşı tərəf də, adekvat cavab verdi. Məsələyə münasibət bildirən müxalifət lideri Əli Kərimli, islami dəyərlərin təhqir olunmasının yolverilməz olduğunu bəyan etdi. Iqtidar bundan da yararlanmaq istədi, yəni buyurun, buna nə deyirsiniz, biz Iranla savaş vəziyyətinə gəlmişik, dəstəklədiyiniz müxalifət liderinin açıqlamasına nə ad verək.
Təbii ki, elə olmadı və Qərb, bu primitiv siyasi tamaşaya, yəni, iki rejimin “bir – birinə pas verməsinə” əhəmiyyət vermədi. Əgər xatırlayırsınızsa, Urmiya gölünün qurudulması zamanı, Ictimai Palata buna etiraz edən soydaşlarımızın müdafiəsinə qalxdı, iqtidardan səs – səmir də gəlmədi.
Iranı da itirmək təhlükəsi yaranan anda, hakimiyyət, Mübariz Qurbanlının dili ilə, “Biz Xamneyi ilə fəxr edirik” ifadəsini dövriyyəyə buraxdı. Elə həmin gün, islamın siyasiləşdirilməsinin əleyhinə çıxan Əli Kərimlinin evinin önündə, qeyri – etik piket təşkil etdi. Siyasi naşılığa bundan bariz nümunə tapmaq qeyri – mümkündür. Piket ən azı YAP – ın önündə təşkil edilməliydi…
Bəli, Avropa hakimiyyəti öz adı ilə çağırır, güzəştə getməyi ağlından belə keçirmir. Avropa Birliyi adında nəhəng qatarın , beş altı məmura görə əks istiqamətə hərəkət edəcəyini xəyal etmək ağılsızlıqdır. Gəlin ağıllı olaq…

Avropa təranələri
•