oqtay esedov-yeni

Spiker Rusiyanın Qarabağla bağlı mövqeyinə haqq qazandırdı

oqtay esedov-yeniMilli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistan və Azərbaycan sərhədində baş vermiş atışmalarla bağlı bəyənatını Rusiyanın mövqeyi olmadığını deyib.

Cümə axşamı günü verdiyi bəyənatda Bordyuja “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadə edib. Bordyuja “apreldə Dağlıq Qarabağ Respublikasında baş vermiş ciddi döyüşləri nəzərə alsaq… TKMT ərazisində baş verən bu hərəkətləri provokasiya” saydığını deyib.

Milli Məclisin iclasında bu barədə danışan deputat Qüdrət Həsənquliyevə cavabında Oqtay Əsədov deyib ki, “Bordyuja öz fikrini bildirə bilər. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır”.