Sevəndə adamın qarnı niyə ağrıyır?

sevgi“Daily Mail” qəzetinin qadınlar üçün əlavəsi olan FEMAIL məcmuəsində şəxsi münasibətlər eksperti Gary Amers aşiq olduğunuzu göstərən 10 əlamət barədə məlumat verir:

  1. Siz Milad bayramında bağışlanmış hədiyyə qutusunu açmağa tələsən uşaq kimisiniz. Siz onu, yalnız onu sevdiyinizi beyninizdən əvvəl “ürəyinizlə” başa düşürsünüz.
  2. Onun barəsində düşünən kimi işıq saçırsınız. Onu hər gördüyünüzdə “adrenalin” partlayışı baş verir.
  3. Qarnınızda ağrı baş qaldırır. Bu ona görə belə olur ki, beyin orqanizm üzərində nəzarətini itirib.
  4. Sizə elə gəlir ki, bu adamı çoxdan tanıyırsınız: Siz bu eşqi uzun müddətdir ki, tikirdiniz və indi onu görən kimi bu eşqin məhz O olduğunu dərk edirsiniz.
  5. Sizin fikrinizi ondan heç nə yayındıra bilmir: Bu adam üçün bütün tədbirlərinizi ləğv edə bilərsiniz.
  6. Bu şəxs sizin üçün həyatda mühüm olan hər bir şeylə əlaqəlidir: sizin ortaq dəyərləriniz var, birlikdə qarşı çıxdığınız dəyərlər də var.
  7. Siz özünüzü tam təhlükəsizlikdə hiss edirsiniz: Sevdiyinizlə olduğunuz həmin yer sizin yerinizdir. Bu sizdə bir asayiş hissi yaradır.
  8. Siz Onu məmnun edəcək hər şeyi etməyə hazırsınız. İnsan vurulanda hər bir işi Onun üçün etmək istəyir. Lap bunu etmək istəməyəndə də…
  9. Sevərkən nəyiniz varsa verməyə hazırsınız: İnsan belə proqramlaşıb ki, əsl sevgi ilə qarşılaşanda nəyi varsa, verməyə hazır olsun.
  10. Gələcək barədə fantaziyalar qurursunuz. İnsan sevərkən onun bütün düşüncəsi gələcəyə köklənir. Xəyalınızdan toy gününün sevinci və onu itirmək qorxuları keçir. (BBC azeri)