ABŞ-dan Rusiyaya sanksiya zərbəsi – FTX və Baş Qərargah da «qara siyahıda»

obama-nuklersammit14ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiya qərarı rus hakerlərin ABŞ-dakı son prezident seçkisinə müdaxiləsinə cavab olaraq verilib.

Sanksiyanın təsiri altına Rusiyanın Federal Təhlükəsizlik Xidməti, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı da düşüb.

«Qara siyahıda» 6 fiziki şəxs də var – Vladimir Alekseyev, Sergey Qizunov, Yevgeni Boqaçov, İqor Korobov, Aleksey Belan və İqor Kostyukov.

 

Gültəkin