Respublikaçılar Partiyasından senator Lindsi Qrem Rusiyanı yeni sanksiyalarla hədələyib.
«Reuters»in məlumatına görə, Qrem bildirib ki, Rusiya və prezident Vladimir Putin kiberhücumlara görə sərt sanksiyalarla üzləşə bilər.
“Nəhayət ki, Rusiya başa düşməlidir. Bəsdir o deməkdir ki, bəsdir!», deyə Qrim bildirib.
Senatorun sözlərinə görə, sanksiyaları hər iki partiya – respublikaçılar da, demokratlar da dəstəkləyir: «Budəfəki sanksiyalar tam fərqli olacaq və Rusiya da, şəxsən prezident Putin də bunu yaxından hiss eləyəcək».
Gültəkin



