Pensiya yaş həddinin artırılması nə vəd edir?

 

pensiya-bankomatNemət Əliyev: “Hökumət başqa çıxış yolu tapmayaraq sosial sarsıntılar içərisində yaşayan təbəqənin üzərinə gedir”

 

Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub.

 

APA-nın məlumatına görə, qanun layihəsinin bu ilin sonunda müzakirəyə çıxarılması nəzərdə tutulsa da, sənədin müzakirəsinin vaxtı dəyişdirilərək parlamentin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

 

Daxil olan layihədə hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması nəzərdə tutulur.

Maraqlıdır ki, hərbçilər bu dəyişiklikdən kənarda saxlanılır. Bu da təsadüfi deyil. Ümumiyyətlə bu dəyişiklikdə əsas məqsəd büdcəni müəyyən qədər xərclərdən azad etməkdir.

nemet-eliyev

İqtisadçı Nemət Əliyevin sözlərinə görə, büdcə gəlirləri üzrə 16 fazi, büdcə xərcləri üzrə 3 milyard və ya 18 fazi həcmində kəsir var. Ölkədə vergi ödəyicilərinin maliyyə vəziyyətinin həddindən artıq ağırlaşdığını deyən N.Əliyev bildirdi ki, rəsmi dairlərin verdiyi anonslar da bunu təsdiq edir: “Belə bir vəziyyətdə hökumət başqa çıxış yolu tapmayaraq sosial sarsıntılar içərisində yaşayan təbəqənin üzərinə gedir. Pensiya yaş həddinin artırılması nə deməkdir. Bu o anlama gəlir ki, əgər pensiya yaşı 65 olsa, o zaman bu yaşa qədər olanların hamısı işləmək məcburiyyətində qalacaq. Nəzəz almırlar ki, bunlar illərdir işləyiblər. İşlədiklərinin əvəzi olaraq bunlara istirahət haqqı tanınmalıdır. Amma bu əlavə problemlər də yaradır. İş yerlərinin bağlandığı indiki zamanda gənc nəslin işə qəbulunda ciddi problem yaramacaq. Çünki pensiya yaşına çatmışlar gərək təqaüdə yolansın ki, gənclər yeni iş yerləri ilə təmin edilsinlər. Ölkənin kadr siyasətində əd qocalaşma həyata keçiriləcək. Məncə, bu istiqamətdə başqa yol tapmaq mümkün olardı”.

Xəyal