ABŞ-ın yeni prezidenti Donald Tramp daxili təhlükəsizlik və terrorizmə qarşı mübarizə üzrə müşavir təyin edib.
«Reuters» Trampın keçid administrasiyasına istinadən xəbər verir ki, bu, Tomas Bossertdir.
Bossert oğul Buşun zamanında prezident administrasiyasında daxili təhlükəsizlik məsələləri üzrə müşavirin müavini olub.
Keçid administrasiyasının yeni təyinatla bağlı yaydığı xəbərdə bildirilir ki, Tomas Bossert Ağ Evdə işlədiyi vaxtlarda dərin bilikləri və təcrübəsi ilə ölkəyə böyük xidmət göstərib.
Gültəkin



