İctimai Palatanın rəhbərliyindən 2 nəfər həbs olundu

Qələndər Muxtarlı və Rafiq Manaflı Xətai RPİ-nin 37-ci bölməsinə aparılıb

İctimai Palatanın Koordiniasiya Şurasını iki üzvü – Rafiq Manaflı və Qələndər Muxtarlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə musavat.com saytına xəbər İctimai Palatanın mətbuat mərkəzindən daxil olub.

Xəbərdə bildirilir ki, İP KŞ üzvlərini bu gün AXCP-nin təşkil etdiyi “xalq gəzintisi” aksiyası çərçivəsində saxlayıblar. İP üzvlərinin Xətai RPİ-nin 37-ci bölməsində saxlanıldığı bildirilir.