
Hələlik saatların texniki xüsusiyyətləri barədə məlumat verilmir.
“Ağıllı” saatlar hazırda “Google”un əməkdaşlıq etdiyi istehsalçının markası altında buraxılacaq. Bu barədə “Android Wear” nümayəndəsi Ceff Çanq bildirib. Bu əməliyyat sisteminin tətbiqi təkcə 2 flaqman cihazla məhdudlaşmayacaq. Digər şirkətlərin “Android Wear 2.0” əməliyyat bazasında olan smart-saatları da bazara çıxarılacaq.
Cihazların texniki xüsusiyyətləri sirr olaraq qalır. Əldə olunan ilkin məlumata əsasən çox güman ki, bu cihazlar ürək ritmini ölçən monitora malik olacaq, LTE, həmçinin GPS-i dəstəkləyəcək.