BOK Bakını iddiaçılar sırasından çıxardı

Beynəlxalq Olimpiya Komitəsi mayın 23-də Azərbaycanın paytaxtı Bakını və Qətərin paytaxtı Dohanı 2020-ci il olimpiya oyunlarının ev sahibliyinə iddiaçılar sırasından çıxarıb.

“Media forum” saytı xəbər verir ki, iddiaçılar sırasında üç şəhər qalıb: İstanbul (Türkiyə), Tokio (Yaponiya) və Madrid (İspaniya).

Hansı şəhərin qalib gəldiyi 2013-cü il sentyabrın 7-də açıqlanacaq.