ABŞ Dövlət Departamenti Rusiyanın hərbi gücü barədə dediklərinə cavab verib. Putin ötən gün Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı deyib ki, Rusiya hərbi imkanlarına görə, nəzəri cəhətdən toqquşa biləcəyi istənilən dövlətdən güclüdür.Dövlət Departamentin sözçüsü Con Kirbi Rusiya prezidentinin dedikləri barədə sualı cavablandırarkən deyib ki, bəşər tarixində ABŞ ordusu qədər güclü ordu olmayıb.
“ABŞ Silahlı Qüvvələrinin peşəkarlığı, bacarığı və qabiliyyəti sübhə altına alına bilməz. Ölkəmizin hərbi mundir geyinmiş, bütün dünyada onun maraqlarını qoruyan qadın və kişilərlə fəxr etməyə tam haqqı var. Bəşəriyyət tarixində ABŞ ordusu kimi döyüşkən, ağıllı, güclü, səriştəli rəhbərliyə və yaxşı təchizata malik hərbi qüvvə olmayıb”, – deyə o, bildirib.



