“Latsio”nun futbolçusu irqçiliyə görə cəzalandırılıb

latsio-lulicİtaliyanın “Latsio” futbol klubunun bosniya və herseqovinalı yarımmüdafiəçisi Senad Luliç irqçilik nümayiş etdirdiyinə görə 20 gün müddətinə və 10 min avro məbləğində cəzalandırılıb.
O, 4 dekabr derbisində komandasının 0:2 hesablı məğlubiyyətindən sonra “Roma”nın qaradərili futbolçusu Antonio Rüdiqerə qarşı irqçi təhqirlərə yol verib.
Luliç matçsonrası müsahibəsində Rüdiqerin iki il əvvəl Almaniyanın Ştutqart şəhərində corab və kəmər satdığını bildirib.
Report