“Azərbaycanda insan haqları hər gün daha çox pozulur, belə şeylərə qarşı susmaq olmaz”
Lorin: “Jurnalistlər sadəcə həqiqətləri dedikləri və ya öz fikirlərini ifadə etdikləri üçün həbsə atılırlar, mən bunu sadəcə başa düşə bilmirəm”
“Eurovision 2012” mahnı müsabiqəsində İsveçi təmsil Lorin Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində olub və maraqlı müsahibə verib. Müsahibəni təqdim edirik:
– Lorin sən niyə başqa turistlər kimi şəhəri gəzmirsən, amma bura gəlmisən?
– Mən bu dəhşətlər barədə eşidib başqa cür edə bilməzdim. Mən heç nə görməmiş kimi İçərişəhəri gəzə bilmərəm. Bu mənim üçün çox çətindir. Azərbaycanda insan haqları, qadınların hüquqları hər gün daha çox pozulur. Və belə şeylərə qarşı susmaq olmaz. Şəhəri gəzmək əvəzinə mən bir neçə qeyri-hökumət təşkilatının ofisindən olmuşam. Demokratik fikirli insanlarla görüşmüşəm. Burada yaşamaq çox çətindir.
– Sizə çox şey danışıblar, çox şey göstəriblər, ən çox təsirləndiyiniz nələr olub?
– Gördüklərim mənə çox təsir etdi. Əsasən şəkillərdəki insanlar, evlərindən zorla çıxarılmış, küəyə atılmış adamlar. İnsana qarşı belə rəftar etmək olmaz. Sizə deyim ki, hər bir şəkil, danışılan hər bir həyat hekayəsi mənə çox təsir edir.
Polis tərəfindən, məmurlar tərəfindən uşaqlara, qadınlara, qocalara, kişilərə, ümumiyyətlə fərq qoymadan camaata qarşı bu cür münasibət məni çox təəccübləndirir.
Jurnalistlər sadəcə həqiqətləri dedikləri üçün və ya öz fikirlərini ifadə etdikləri üçün həbsə atılırlar. Mən bunu sadəcə başa düşə bilmirəm.
– Deyilənə görə müsabiqə iştirakçılarından sən yeganə adamsan ki, müxalif düşüncəli isnanlarla görüşməyə təşəbbüs göstərirsən. Başqaları belə bir təşəbbüs göstərməyiblər. Buna münasibətin necədir?
– Çox pis. Anlamıram niyə başqaları bu vaxta qədər bu məsələlərə münasibət bildirməyiblər. Bəlkə ona görə ki, məsələn, İsveçdə yaşayış insanlar daha yaxşı yaşayır?! Amma bunu etmək onların borcudur. Onlar çalışmalıdırlar ki, başqa yerlərdəki insalar da yaxşı yaşasın. 21-ci əsrdə belə problemlər olmamalıdır. Bu problemlər barədə danışmaq onu, həll etmək imkanı olub. Bunu etməyən insanlar məni çox təəccübləndirir.