Trampdan Çini qəzəbləndirəcək təyinat

ABŞ-ın yeni prezidenti Donald Tramp Milli Ticarət Şurasına tanınmış iqtisadçı Piter Navarronu rəhbər təyin edib.

Çinə qarşı tənqidi mövqeyi və sərt siyasətin tərəfdarı kimi tanınan Navarro Ağ Evin nəzdində yaradılmış yeni qurumda ticarət və sənaye məsələlərinə cavabdeh olacaq.

Navarro seçkiöncəsi kampaniyada Trampın əsas məsləhətçilərindən biri olmuşdu. Həmin vaxt Tramp çıxışlarında Çin və Meksika ilə ticari sazişləri sərt tənqid edirdi.

Navarro həm də «Çindən gələn ölüm», «Yaxınlaşan Çin savaşları» kitablarının müəllifidir.

Trampın qərargahından bildiriblər ki, Navarronun təyinatı ABŞ-ın yeni administrasiyasının yerli istehsalı yenidən qüdrətli etmək səylərini nümayiş etdirir.

Tayvan liderinin təbrik zənginə cavab verməklə və onu prezident adlandırmaqla Tramp Çinin qəzəbinə tuş gələcək ilk addımı atıb. Bu baxımdan Navarronun təyinatı Çin üçün ikinci zərbə də hesab oluna bilər.

 

Gültəkin