Rusiya müdafiə naziri NATO-dan şikayətləndi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, NATO Rusiya ilə sərhəddə hərbi potensialını artırmaqda davam edir. Onun sözlərinə görə, son on ildə alyans Rusiya ilə sərhəddə öz mövcudluğunu 3 dəfə artırıb.

“Rusiya ərazisinin perimetri üzrə NATO-nun kəşfiyyat aktivliyi artıb. Son 10 ildə ümumiyyətlə Rusiya sərhədində kəşfiyyat aviasiyasının uçuşları 3 dəfə artıb, Rusiyanın cənub qərbində isə 8 dəfə”, – deyə Şoyqu bəyan edib. Onun sözlərinə görə, beynəlxalq terrorizmlə birgə mübarizə səylərini artırmaq əvəzinə NATO Rusiyanı başlıca təhdid elan edib və “bizim sərhədlərdə öz hərbi potensialını artırmağa davam edir.”

Şoyqunun sözlərinə görə, 1990-cı illərdə belə uçuşların sayı 107, 2000-ci illərdə – 298, 2016-cı ildə artıq 852-yə çatıb. Müdafiə Naziri bildirib ki, Rusiya Baltika, Qara dəniz və Arktikada hava fəzasında sərhədin pozulmasının qarşısını almaq üçün qırıcıların uçuşunu 61% artırmağa məcbur olub.

O xatırladıb ki, NATO rəhbərliyi gələn il Pribaltika və Polşada “4 gücləndirilmiş batalyon artırmaq, Şərqi Avropanın bir neçə ölkəsinin ərazisində isə amerikanın quru qoşunlarının zirehli briqadasını yerləşdirmək” qərarına gəlib.

Müdafiə Naziri həmçinin qeyd edib ki, “NATO əksəriyyəti anti-Rusiya yönümlü hərbi təlim-tədrislərin intensivliyini artırıb.”