“Ceyş əl-Fəth” silahlı koalisiyası (əvvəllər Cebhat ən-Nüsrə) Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.
Daha əvvəl Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən Mert Altıntaşın hoteldəki nömrəsində “Əl-Qaidə” terror qruplaşması və Fətullahçı terror təşkilatı haqqında kitablar aşkar edilməsi barədə məlumat yayılıb.
Xatırladaq ki, səfir A.Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışı zamanı güllələnib.



