… Bu gün tanınmış hüquq müdafiəçisi Leyla Yunusun doğum günüdür. O 30 ilə yaxındır ki, Azərbaycanda insan haqlarını, xüsusən siyasi məhbusların hüquqlarını qoruyur. Haqqı- hüququ tapdanan insanları müdafiə etdiyinə görə bu hakimiyyət ona nələr etmədi. Saysız- hesabsız şər- böhtanlar atdılar. Ofisini yumurta atəşinə tutdular. Sonra şumlayıb yerlə yeksan etdilər. “Dostları”- nı ona qarşı çevirdilər. Tək övladını öldürmək istədilər. Ürəkləri soyumadı, həyat yoldaşı Arif bəylə birgə şərləyib həbsə atdılar. Uzun müddət onları biri- birlərini görməyə imkan vermədilər, ağır işgəncəyə məruz qoydular. Amma qədr bilən insanlarımızla yanaşı bütün dünya onların müdafiəsinə qalxdı.
Leyla xanım təkcə təcrübəli hüquq müdafiəçisi, yaxşı vətəndaş deyil. O həm də dəyərli dost, etibarlı həyat yoldaşı və gözəl anadır.
Həbsxana həyatının səhhətində buraxdığı ağır izlərə baxmayaraq hazırda o, vətəndən uzaqlarda Azərbaycanlı siyasi məhbusların azadlığı ugrunda bütün varlığı ilə mübarizə aparır. Onların haqq səsini dünyaya çatdırır. Özünün dediyi kimi “Əgər kimsə düşünürsə ki, mən Vətəni tərk etməklə “silah”-ı yerı qoymuşam və təqaüdə çıxmışam, yanılır. Mübarizəni sona qədər aparacam…”
Yaxşı ki, Leyla xanım kimi cəsarətli, mübariz insanlar var!
Biz sizinlə qürur duyur, fəxr edirik, əzizimiz Leyla xanım!
Doğum gününüz mübarək!
Sizə siyasi məhbuslarsız, azad, firavan Azərbaycan arzulayırıq!
Hörmətlə, Oqtay Gülalıyev