NATO Azərbaycanı dəstəklədi

Ermənistan isə Avroatlantik alyansı “topa tutdu”

NATO-nun Çikaqo sammitində qəbul edilmiş bəyannamədə Azərbaycan haqqında paraqraf var. Sənəddə qeyd olunur ki, Cənubi Qafqazdakı regional problemlərə xüsusi diqqət ayıran NATO Ermənistan, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyün, suverenliyini dəstəkləyir. Regional problemlərin beynəlxalq hüquq, BMT razılaşmaları və Helsinki aktı çərçivəsində həllini tapmasının vacibliyini vurğulayır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında sənədin 47-ci bəndində Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət edildiyinin vurğulandığını bildirib:“Bu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü növbəti beynəlxalq təşkilat tərəfindən dəstəklənir. Sənədi imzalayanlar arasında dünyanın aparıcı ölkələri, eyni zamanda Minsk qrupuna daxil olan ölkələr var”.

Ermənistanı Çikaqo samitində təmsil edən Edvard Nalbandyan NATO-nun məlum bəyyanaməsinin “üzücü” olduğunu söyləyib. Bəyannamədə “xalqların öz müqəddəratını təyinetmə” məsələsinə toxunulmadığını bildirib:“Bu bəyannamə Dağlıq Qarabağ probleminin həlli prosesinə zərər verir. Bununla yanaşı bölgədəki sabitliyi təhülkə ilə üz-üzə qoyur”.

azadliq.az