Silvester Stallone Trampın vəzifə təklifinə «yox» dedi

staloniMəşhur amerikalı ulduz Silvester Stallone ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifə təklifindən imtina edib.

Stallone bildirib ki, Tramp administrasiyasında təmsil olunmaqdan məmnunluq duyardı. Lakin hesab edir ki, hazırkı işi (veteran hərbçilərə dəstək) ilə cəmiyyətə daha çox fayda verə bilər.

Aktyor hərbidən uzaqlaşandan sonra mülki həyata adaptasiyada və iş tapmaqda çətinlik çəkən veteran hərbçilərə daha çox diqqət ayırmağı düşündüyünü deyib.

Qeyd edək ki, Tramp Stalloneni İncəsətə Dəstək Milli Fonduna rəhbər təyin etmək istəyirdi. Bu qurum incəsənətə və təhsilə dair ayrı-ayrı təşkilatlara qrantların ayrılması ilə məşğul olur.

1965-ci ildə qurulan fondun illik büdcəsi 148 milyon dollardır.

Stallone razılıq versəydi, Konqres onun namizədliyini dəstəkləyəcəkdi. Və məşhur Hollivud ulduzu qurumun tarixində ilk aktyor rəhbər olacaqdı.

Gültəkin