AXCP sədri Əli Kərimli Ankarada Rusiya səfirinin qətlə yetirilməsinə münasibət bildirib. AXCP sədri feysbuk səhifəsində yazıb:
“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi terror aktıdır. Bu terror aktını qəti şəkildə pisləyirəm. Öldürülən səfirin yaxınlarına baş sağlığı verirəm. Elçiləri öldürmək hətta qədim zamanlarda da insanlıq əleyhinə cinayət sayılıb. Motivi nə göstərilirsə göstərilsin, terrorun hər cürünü birmənalı şəkildə pisləmək lazımdır”.