Partladılan avtobuslara rəğmən Hələbdən evakuasiya baş tutub

Bu gün Hələbin mühasirədə olan daha iki kəndindən insan evakuasiyası baş tutub.

Fəallar və yerli rəsmilər insanlarla dolu 20 avtobusun bölgəni tərk etdiyini bildirib.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə,dünən rəqib qüvvələrin mühasirəsində olan iki kənddən insanları evakuasiya edəcək avtobuslar hücuma məruz qalaraq yandırılıb.

Avtobuslar Əl-Fua və Kafraya kəndlərindən 2 minə yaxın xəstə və yaralını evakusiya etməli idi.

Hücumun məsuliyyətini Nüsrə Cəbhəsi üzərinə götürüb.

BMT-nin Təhlükəsizlik Şurası Hələbə müşahidəçi göndərilməsi məsələsini səsə qoyacaq. Məqsəd bölgədə qalmış insanların müdafiəsidir.

Təhlükəsizlik Şurası bundan əlavə Fransanın ağırlaşmaqda olan humanitar böhranın həlli ilə bağlı yığıncaq keçirilməsi tələbinə baxılacaq.

Lakin Qərb diplomatları Amerikanın Səsinə Rusiyanın təklifləri qəbul edəcəyinə ümid etmədiklərini bildirir.