Faciəyə təxribat yox, məsuliyyətsizlik səbəb olub

 

mirvari-qehremanli-yeni2Mirvari Qəhrəmanlı: «Bu sadəcə olaraq məsuliyyətsizlyiin və cəzasızlığın nəticəsidir»

Dekabrın 15-də səhər saat 5-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər itkin düşdü. Bu artıq Xəzərdə miqyasına görə ikinci faciədir. Keçən il dekabrda «Günəşli» yatağında baş verən faciə də neftçilərin həyatına son qoymuşdu.

Hər iki olayın araşdırılması nəticəsində məlum olur ki, faciənin bu cür miqyas almasında rəhbərliyin ciddi məsuliyyətsizliyi, insan həyatının təhlükəsizliyinə etinasız yanaşması var.

Amma bütün bunlar etiraf edilməkdənsə, həm keçən ilki hadisədə həm də son faciədə təxribatın mümkünlüyü əsas versiya kimi irəli çəkilməyə çalışılır. Vəzifə məsuliyyətsizliyi, istismar müddəti 94-cü ildə bitmiş və əsaslı təmirə ehtiyacı olan estakada barəsində isə danışmaq və əsas bu məqamı qabartmaq yada düşmür.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, burada əsas məsələ məsuliyyətsizlikdir. M.Qəhrəmanlının sözlərinə görə, hətta təxribat da olubsa belə, onun da məsuliyyəti rəsmilərin üzərindədir: «Baş verən hadisəni sırf təxribatla izah etmək məntiqsiz yanaşmadır. Ona görə baş verəndə əsas səbəb kimi təxribat versiyası gündəmdən düşür. Bu sadəcə olaraq məsuliyyətsizlyiin nəticəsidir.  Eyni zamanda burada yol verilən səhvlərə görə cəzasızlığın hökmran olmasıdır».

Xəyal