Fenerbahçe idman klubu özünə yeni prezident seçib. Klubun həbsdə olan prezidenti Aziz Yıldırım 5271 səsdən 5269-u yığaraq yenidən klub rəhbərliyinə gətirilib. Aziz Yıldırım əvvəlcədən danışılmış futbol matçları ittihamı ilə Metris həbsaxanasında saxlanılır. 1998-ci ildə kluba rəhbərlik edən Yıldırım 14 ildir ki, bu postu tutur. Türkiyə tarixində Fenerbahçe klubuna ən çox rəhbərlik etmiş şəxs isə Şükrü Saraçoğludur. Düz 16 il.
azadliq.info


