Müxalifətə ermənipərəst deyirlər, erməni iş adamından isə yumurta alırlar

yumurtaArto Sevan Oskayan və Andranik Raffi Bozacıyan adlı iki erməninin də sahiblərindən olduğu bir şirkətin Azərbaycana damazlıq yumurta satması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Türkiyədə yaradılan “Emre piliç” şirkəti Azərbaycandan bir deyil, çox sayda istehsal qurumu, o cümlədən “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “Ismayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “Ispanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digərləri əməkdaşlıq edir.

Quşçuluq sektorundakı mənbələrdən mətbuata sızan məlumatlara görə, ermənilərin sahib olduğu “Emre Piliç” şirkətinin Azərbaycandakı əsas tərəfdaşı “Həmzə” MMC-dir. Deyilənə görə, “Emre Piliç”in həmin şirkətdə ortaqlığı da var. Bu şirkət Bakının Zirə qəsəbəsi yaxınlığındakı inkubatorunda “Emre Piliç” şirkətindən alınan yumurtalardan cücə çıxarılmasını həyata keçirir və onu broyler fabriklərinə satır. “Emre Piliç” şirkətindən yumurta idxalını əsasən Neftçalada yerləşən “Şəfalı broyler” həyata keçirir.

Ümumiləşdirmə apardıqda bəlli olur ki, Azərbaycan quşçuluq sektorunu damazlıq yumurta təmin edən elə Arto Sevan Oskayan və Andranik Raffi Bozacıyanın sahiblərindən olduğu şirkətdir.
Azərbaycan hakimiyyəti bu fakt barədə susur. Həqiqəti deyənləri hər zaman əsassız olaraq ermənipərəstlikdə suçlayanlar məsələ ilə bağlı münasibət bildirməkdən yayınırlar.

 

azadliq.info