Avropa Məhkəməsi Faiq Əmirovun işinə prioritet qaydada baxacaq

faiq-amirliAzadlıq Qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi, saxta “Gülənçi” ittihamı ilə şərlənərək həbs edilən Faiq Əmirovun işinə Avropa İnsan Haqları Məhkəməsi prioritet qaydada baxacaq. Bunun üçün kommunikasiya barədə qərar artıq verilib.

Məlumatı Faiq Əmirovun xanımı Lalə Əmirli vəkil Aqil Layıcova istinadla feysbuk səhifəsində paylaşıb.