İranda minlərlə polis geyim qaydalarına nəzarət məqsədilə kütləvi yoxlamalara başlayıb. Tehranın ticarət mərkəzlərinin yerləşdiyi küçələrdə minlərlə qadın və kişi qəbul olunan geyim qaydalarına uyğun geyinmədiyi üçün polis bölmələrinə aparılıb. İranın Əxlaq Polisi sədri Əhməd Ruzbehani polis bölmələrinə aparılan şəxslərdən yazılı izahat alınaraq buraxıldığını, pozuntulara təkrar yol veriləcəyi halda qanun məcəlləsi ilə hərəkət edəcəklərini bildirib.
İranda qəbul olunan qaydalara əsasən dar şalvar və paltar, saç tellərini göstərən baş örtüyü geyinmək qadağan olunub. İranda geyim probleminə tolerant yanaşan siyasətçilərdən biri də Əhmədnecatdır. Bu səbəbdən tez-tez İranın ali dini rəhbərləri və mühafizəkarlar tərəfindən tənqid edilir.
azadliq.info


