Xəbər verdiyimiz kimi Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditlərini dayandırıb. Bununla əlaqədar olaraq tikinti şirkətləri daxili ipoteka qaydalarının tətbiqinə başlayıblar.
Şirkətlərdən əldə edilən məlumatlara əsasən, indi tikilməkdə olan binalarda mənzillər 3 illik müddətinə faizsiz və manatla satılır. 20-yə yaxın layihəsi olan “Kristal Abşeron” və “Melissa Park” şirkətləri mənzilləri bu şərtlərlə satır. Belədə “Melissa Park”da 1 otaqlı mınzil üçün ilkin ödəniş 23 467 manat, aylıq ödəniş isə 1521 manat olacaq.
“Renanssans Palace”da isə mənzillər 2 illik faizsiz kreditlə satılır. İlkin ödəniş mənzil dəyərinin 30%-I məbləğində olacaq. Bu şirkətdə m ənzilin 1 kv. Metri 1650 manatdır. 1 otqalı ev üçün ilkin ödəniş 32 min manat, aylıq ödəniş isə 3200 manat olacaq. Mənzilin sahəsi artdıqca ödənişlərin məbləği artır.
“Şərur İnşaat” da yeni kredit şərtlərini açıqlayıb. Bu şirkət də mənzilləri 2 illik müddətə faizsiz kreditlə satır. “Yeni Həyat” şirkətində isə müddət daha azdır. Şirkət cəmi 1 il müddətinə daxili kredit tətbiq edəcək. Bu zaman 1 0taqlı mənzilin aylıq ödənişi 1300 manat olacaq. (Fins.az)



