Mayın 18-də Bakıda intihar hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ə.Əlizadə küçəsi, ev 36 A, mənzil 34-də yaşayan Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Kərimli Orxan Vidadi oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.
Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi olan 20 yaşlı Orxan Kərimli hadisə yerindəcə keçinib. Onun həyatına qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


