Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı Aleksey Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə o öz tərəfdarlarına müraciətində bildirib.
“Hazırkı hakimiyyətlə, onun saxtakarlığı və təbliğat maşını ilə mübarizənin çətin olacağını başa düşürəm. Yaxşı anlayıram ki, namizəd olmaq asan olmayacaq”, – deyə Navalnı qeyd edib.
Onun sözlərinə görə, 2018-ci ildə proqram və ideyaların toqquşmasını istəyir: “Məndə Putin və Kremlin təklif etdiyindən daha yaxşı proqram var. məsələləri öz adı ilə çağırmağa, sistemi ifşa etməyə çəkinmirəm”.
azadlıq.info



